Pakistanda partlayış baş verib, çox sayda xəsarət alan var

Pakistanın Pencab əyalətində partlayış baş verib.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, Ravalpindi şəhərində baş verən partlayış nəticəsində azı 25 nəfər xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlardan üçünün vəziyyəti ağırdır.

Partlayışın səbəbi barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.

ƏvvəlkiÇeçenistanda sutka ərzində 5 dəfə zəlzələ olub
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 3112 yoluxma faktı qeydə alınıb, 2923 nəfər sağalıb