Pakistanda məsciddə partlayışda ölənlərin sayı 44 nəfərə çatıb

Pakistanın Peşavar şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb.

“Report” xəbər verir ki, bu barədə “Dawn” qəzeti məlumat yayıb.

Daha 157 nəfərin yaralandığı qeyd edilir. Qəzet yazır ki, dağıntılar altında insanlar qala biləcəyi üçün terror partlayışı baş verən yerdə xilasetmə əməliyyatı aparılır.

Geo TV-nin məlumatına görə, “Tehreek-e-Taliban Pakistan” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Əvvəlkiİranlı idmançı Almaniyadan sığınacaq istəyib
NövbətiAzərbaycan XİN Pakistana başsağlığı verib