Pakistanda kömür mədənində partlayış zamanı beş nəfər ölüb

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətindəki kömür mədənində şənbə günü baş verən partlayış nəticəsində azı 5 nəfər həlak olub, daha beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə regional idarəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hadisəyə səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.

Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.