Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Turk.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
atəşkəs rejimi

Atəşkəs rejimi 113 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub. Turk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun...

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Türkiyənin şərq bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib. Turk.az-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. Yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib. Turk.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət...

Serj Sarkisyan istefaya gedib

Serj Sarkisyan Ermənistanın baş naziri vəzifəsindən istefaya getməsi ilə bağlı bəyanat yayıb. Turk.az-ın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bəyanatda deyilir: “Əziz həmvətənlər. Ermənistan Respublikasının bütün vətəndaşlarına - yaşlı nəslə və gənclərə, qadınlara və kişilərə müraciət edirəm. Gecə-gündüz “Serjdən imtina et!” çağırışı ilə...

Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyevakademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Turk.az-ın xəbərinə görə, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar elm xadimi” - Kərimov Kərəm Təbriz oğlu  “Əməkdar həkim” - Ağayev...

AZAL Səudiyyə Ərəbistanının dörd şəhərinə uçmağı planlaşdırır

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakıdan Səudiyyə Ərəbistanının daha dörd şəhərinə uçuşlar yerinə yetirməyi planlaşdırır. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Səudiyyə Ərəbistanından olan tərəfdaşlar ilə mayın 15-dən Mədinə şəhərinin hava limanına, Ciddə aeroportuna (mayın 18-dən), Qassim aeroportuna (iyunun 15-dən) və Hail...
Azərbaycan Prezidenti İlham Əliyev

Mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri ad verilib

Prezident İlham Əliyev mədəni irsin qorunması və bərpası sahəsində çalışan bir qrup mütəxəssisə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Turk.az-ın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan Respublikasında mədəni irsin qorunması və bərpası sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib: “Əməkdar...

“Şolom Aleyxem” ilk dəfə Azərbaycan dilində çap olunub

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – dünya ədəbiyyatında “Şolom Aleyxem” imzası ilə tanınan məşhur yəhudi əsilli rus yazıçısı Solomon Rabinoviçin “Seçilmiş əsərləri” işıq üzü görüb. Mərkəzdən APA-ya verilən xəbərə görə, insan xislətinə xas olan ən gizli, incə mətləbləri canlı səhnələr,...
Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi: Düşmən təxribatına qarşı müvafiq tədbirlər görüləcək

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib. Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və...