Yeni təyinatlar ölkəmizə yaxşı fəaliyyət vəd edir…

Məlum olduğu kimi, prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması prosesi baş verdi. Qanuna uyğun olaraq bütün nazirlik, dövlət komitələri və qurumların rəhbərləri istefaya göndərildilər. Bəzi nazirlər öz vəzifə kresloları ilə vidalaşdı, bəziləri öz əvvəlki yerində qaldı, bəzi vəzifələrə isə yeni təyinatlar oldu. Məsələ...

ULU ÖNDƏRİN LAYİQLİ DAVAMÇISI

“Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda”. Prezident İlham Əliyev Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan...
Azərbaycan Prezidenti İlham Əliyev

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası yaradılır

Türk.az xəbər verir ki, Komissiya Azərbaycanın informasiya təhlükəsizliyinə təhdidlərin qiymətləndirilməsini, o cümlədən belə təhdidlərin əsas mənbələri, istiqamətləri, formaları, vura biləcəyi zərər və təsirləri ilə bağlı mütəmadi təhlillərin aparılmasını və təkliflərin hazırlanmasını, mümkün təhdidlərin qarşısının alınması və qabaqlanması sahəsində müvafiq...

Moskvada terror aktının qarşısı alınıb

Moskvada terror aktının qarşısı alınıb. Turk.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən terror planlaşdıran İŞİD üzvü olan 4 nəfər saxlanılıb. FTX-nin mətbuat xidmətindən bildirilib ki, həmin şəxslər paytaxta Novıy Urenqoy şəhərindən gəliblər. Onlar Moskva ərazisində...

Mehriban Əliyeva Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri ilə görüşüb

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 27-də Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədri, senator Alen Uper ilə görüşüb. Turk.az-ın xəbərinə görə, bu barədə Azərtac məlumat yayıb.

“Aprel şəkilləri” sənədli filminin təqdimatı olub

Bu gün "Bitməyən müharibənin qəhrəmanları" silsiləsindən "Aprel şəkilləri" sənədli filminin təqdimatı olub. Turk.az-ın məlumatına görə, film Mətbuat Şurası və "Veysəloğlu" Şirkətlər Qrupunun dəstəyi ilə hazırlanıb. Filmin baş məsləhətçisi millət vəkili Əflatun Amaşov, ssenari müəllifi Bəxtiyar Qaraca, rejissorları Kəmalə Mirzəyeva və Nuranə...

Britaniya baş naziri İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib – YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri xanım Tereza Mey ilə görüşü olub. Turk.az-ın məlumatına görə, T. Mey prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevi təbrik edib. O, prezident İlham Əliyevlə görüşməkdən məmnunluğunu ifadə edərək bildirib...

Bakı DYP sürücülərə müraciət edib

Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə kampaniya xarakteri daşımayan tədbirlər davam etdirilir. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov...

Atəşkəs 90 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub. Turk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən...

“Formula-1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür. Turk.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb. Yarışın ilkin mərhələsi “Formula-2” iştirakçılarının birinci sərbəst yürüşü ilə başlayacaq. Mövsümün 4-cü...