Vaqif Əsədov sürücülərə və piyadalara müraciət etdi

Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq isə təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır. Bu...

Yeni ekologiya və təbii sərvətlər naziri kollektivə təqdim edilib

Azərbaycan prezidentinin 23 aprel tarixli sərəncamı ilə ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Bahadur oğlu Babayev nazirliyin kollektivinə təqdim olunub. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni naziri Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov kollektivə təqdim...

Dövlət Gömrük Komitəsinin yeni sədri kollektivə təqdim olunub

Azərbaycan prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilən Səfər Məmməd oğlu Mehdiyev Azərbaycan prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov tərəfindən komitənin kollektivinə təqdim edilib. Dövlət Gömrük...

Azərbaycanda İmmunlaşdırma həftəsi keçirilir

2007-ci ildən başlayaraq, Azərbaycanda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun təşəbbüsü ilə İmmunlaşdırma həftəsi keçirilir. Turk.az-ın xəbərinə  görə, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya mərkəzinin direktoru İmran Abdullayev "Avropa İmmunlaşdırma Həftəsi" nə həsr edilmiş mətbuat konfransında deyib ki, aprelin 23-29-da keçirilən...

Gürcüstanda azərbaycanlı ailənin evinə silahlı basqın olub

Gürcüstanın Kaspi rayonunun Ferma kəndində azərbaycanlı ailənin evinə silahlı basqın olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, maskalı şəxslər gecə saatlarında evə daxil olaraq ailə üzvlərinə hədə-qorxu gəliblər. Ailə üzvləri arasında yaralananların olduğu bildirilir. Hazırda polis hadisə yerində araşdırma aparır.

Küveytdən Azərbaycana gələn turistlərin sayı 7,1 dəfə artıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana dünyanın 151 ölkəsindən 629,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,4% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, gələnlərin 27,4%-i Rusiya Federasiyası, 22,1%-i Gürcüstan,...

Prezident İlham Əliyev Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev aprelin 24-də Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib. Turk.az-ın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Atəşkəs rejimi 113 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub. Turk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun...

Türkiyədə 4,9 bal gücündə zəlzələ baş verib

Türkiyənin şərq bölgəsində 4,9 bal gücündə zəlzələ baş verib. Turk.az-ın xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir. Yerli vaxtla saat 03:34-də qeydə alınan yeraltı təkanların episentri Qaziantep şəhərindən 115 km şimal-şərqdə, ocağı 10 km dərinlikdə yerləşib.

Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib

Dövlət Gömrük Komitəsinə yeni sədr təyin edilib. Turk.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Səfər Məmməd oğlu Mehdiyev Dövlət...