Sabaha olan hava proqnozu

Aprelin 20-də Bakıda və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək,...

Dəmir yolunun Muğan stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı-Böyük Kəsik istiqamətində 600 km yolun əsaslı təmiri çərçivəsində Muğan stansiyasında 4 ədəd yoldəyişən qurğunun əsaslı təmiri aparılır. “Azərbaycan Dəmir Yolları” QSC-dən  verilən məlumata görə, işlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı İxtisaslaşdırılmış “Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. Eyni...

Azərbaycan gimnastları II Avropa Oyunlarına ilk lisenziyaları qazanıblar

Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər. Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın idmançımız bu uğura nail...

Atəşkəs rejimi 102 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber...

Saatlıda 30 yaşlı qadın bıçaqlanıb

Saatlı sakini 4 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayonun Qaranuru kənd sakini, 1988-ci il təvəllüdlü Nuriyeva Validə Əliabbas qızı bel və qarın nahiyəsindən bıçaq xəsarətləri alıb. İlkin tibbi yardım göstərilən qadın palataya köçürülüb. Qadının əri...

Tramp Kim Çen Inla görüşəcəyini təsdiqləyib

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla görüşəcəyini təsdiqləyib. Turk.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu dövlət başçısı ABŞ-da səfərdə olan Yaponiyanın baş naziri Şinzo Abe ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. “Bildiyiniz kimi,...

Prezident seçkiləri ilə bağlı sabah Konstitusiya Məhkəməsinin Plenumu keçiriləcək

Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək. Turk.az-ın məlumatına görə, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir. Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 15-də...

İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz edən nümayişçilər mərkəzi küçələri bağlayıb

Ermənistan paytaxtında sabiq prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz əlaməti olaraq kütləvi aksiya keçirilib. Bakixeber.az-ın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər “Vətəndaş müqaviləsi” Partiyasının liderlərindən olan deputat Nikol Paşinyanın başçılığı ilə eitazçılar İrəvanın mərkəzi küçə...

Atəşkəs rejimi 76 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 76 dəfə pozub. Turk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun...