Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin görüşü keçirilib

Bu gün Türkiyənin Giresun şəhərində Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın Müdafiə naziri Levan İzoriya arasında üçtərəfli görüş keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi...

Ağcabədiyə güclü dolu yağıb

Ağcabədi rayonuna güclü dolu yağıb. Turk.az-ın xəbərinə görə, dolu rayonun Qiyamadınlı, Gələbədinli  kəndlərinə düşüb. Yağan dolunun təsərrüfatlara nə qədər ziyan vurduğu hələlik məlum deyil.Hazırda dolu yağması fasilələrlə davam edir.

YAP Gəncədə seçki ilə bağlı seminar keçirib

Azərbaycanda 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında partiyanı təmsil edən müşahidəçi və məşvərətçilərin fəaliyyəti ilə bağlı seminar keçirilib. Turk.az-ın məlumatına görə, tədbirdə YAP Gəncə şəhər təşkilatı idarə heyətinin üzvləri, müşahidəçilər, məşvərətçilər və...

Azərbaycanda vulkan püskürüb

Dünən saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında  püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 7 dəqiqəyə qədər davam edən püskürmə alovla müşayiət olunub və alov sütunu vulkanın...

Türkiyədə PKK terrorçuları hərbi bazaya hücum edib, 6 nəfər həlak olub

Türkiyədə PKK terror təşkilatının üzvləri hərbi bazaya hücum edib. APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, Siirt vilayətinin Eruh rayonunda yerləşən hərbi bazaya hücum nəticəsində yerli müdafiə dəstəsinin 6 üzvü şəhid olub, 7-si yaralanıb. Terrorçuların zərərsizşləşdirilməsi üçün əməliyyata başlanılıb.

Prezident İlham Əliyev ATƏT/DTİHB seçkiləri müşahidə missiyasının rəhbərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Korin Yonkeri qəbul edib. Turk.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Atəşkəs rejimi 95 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub. Turk.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Dovex kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız...

Zakir Həsənov Ərdoğanla görüşüb

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri Zakir Həsənovu qəbul edib. APA-nın "Yeni Şafak"a istinadən verdiyi xəbərə görə,  bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüşdə Türkiyə müdafiə naziri Nurettin Canikli də iştirak edib.

Neftçalada Azərbaycan və İranın birgə avtomobil zavodunun açılışı olub

Bu gün Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes forumunda Neftçala Sənaye Məhəlləsində görülən işləri əks etdirən videoçarx göstərilib. Turk.az-ın məlumatına görə, prezident İlham Əliyev və prezident Həsən Ruhani Neftçala Sənaye Məhəlləsində inşa olunan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə...

ETSN: Ölkə ərazisində zəif toz-dumanı müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 29-30 mart 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir. Nazirlikdən APA-ya bildirilib ki, buna səbəb ölkə ərazisinə Ərəbistan...