Pərviz Həşimlinin ölkədən çıxışına qoyulan məhdudiyyət götürüldü

Bir ildir ki, “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışına yasaq qoyulan Gununsesi.org saytının baş redaktoru Pərviz Həşimliyə tətbiq edilən  məhdudiyyət aradan götürülüb.

Bu barədə Gununsesi.org-a baş redaktorun özü məlumat verib: “Nəhayyət ki, 1 ildən bəri ölkədən çıxışıma qoyulan məhdudiyyət aradan qaldırıldı. Bu barədə mənə Bakı Şəhər Prokurorluğunun rəhbərliyindən bildirdilər. Ötən müddət ərzində 2 dəfə AŞ PA-nın sessiyalarına, habelə, bir sıra beynəlxalq tədbirlərə dəvət alsam da bunu gerçəkləşdirə bilməmişdim”. 

Pərviz Həşimli onu nda qeyd edib ki,  ona qoyulan məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilmişdi: “Bu məsələdə mənə dəstək olan media quruluşlarına, əməyi olan digər şəxslərə təşəkkür edirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl baş redaktor Azərbaycan Rusiya sərhəddindən geri qaytarılmışdı.