Özbəkistanda ticarət mərkəzində baş verən yanğın nəticəsində iki nəfər ölüb, yeddi nəfər xəsarət alıb

Özbəkistanın Surxandərya vilayətinin Denau şəhərində ticarət mərkəzində baş verən yanğın nəticəsində ilkin məlumata görə, iki nəfər həlak olub, yeddi nəfər ağır dərəcəli xəsarət alıb.

AZƏRTAC Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzinin divarı uçub.

Özbəkistan Baş nazirinin birinci müavini Açilbay Ramatovun rəhbərliyi ilə hadisənin başvermə səbəblərini araşdıran hökumət komissiyası yaradılıb.

Komissiyaya Özbəkistan Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Milli Qvardiyanın və digər qurumların nümayəndələri daxil edilib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, istintaq aparılır.

ƏvvəlkiPrezident İlham Əliyev “TOTAL Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
NövbətiAzərbaycan Burkina Fasoya 100 000 doza peyvənd ianə edib