Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.

Bu barədə “Report” Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər proqramına uyğun olaraq, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək.

Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin əməkdaşlığın prioritet istiqamətlərində mübadilələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Xankəndidə iyulun 4-də Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.

ƏvvəlkiBirinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumu öz işini başa çatdırıb
Növbəti“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb