Özbəkistanda biznesin inkişafı üçün 500 milyon dollarlıq fond yaradılıb

İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının Daşkənddə keçirilən 46-cı illik iclasında İİB, Səudiyyə Ərəbistanı və Özbəkistan arasında bu ölkədə biznesin inkişafı üçün 500 milyon dollarlıq fondun yaradılmasına dair saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, yeni layihə Özbəkistanda yoxsulluğun aradan qaldırılmasına və sahibkarlığın inkişafına yardım göstərəcək. Fond vasitəsilə gənclərin, qadınların biznes fəaliyyətinə, kənd yerlərində sahibkarlığın inkişafına şərait yaradılması nəzərdə tutulur.