Ötən il 628 saxta pul nişanı tədavüldən çıxarılıb

Keçən il Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 628 ədəd (29 min 523 manat) saxta pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və hüquq mühafizə orqanlarına təqdim edilib ki, bu da 2019-cu illə müqayisədə 30 faiz azdır.

AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin məlumatında deyilir.

2020-ci il üzrə tədavüldə olan hər 425 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Avrozonada hər 59 min ədədə 1 ədəd, Rusiya üzrə hər 143 min ədədə 1 ədəd). Saxtakarlığa qarşı mübarizə çərçivəsində Mərkəzi Bank tərəfindən istifadəyə verilmiş “Saxta Pul nişanlarının Monitorinqi Sistemi” vasitəsilə bu sistemə inteqrasiya olunmuş hüquq mühafizə orqanları ilə operativ informasiya mübadiləsi təmin edilib.