Ordumuzun Ermənistan silahlı bölmələrinə atəş açması məlumatı tamamilə yalandır

Noyabrın 12-də saat 18:00-dan 19:00-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya qarşı tərəfin bölmələrinə atəş açılması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edib.