Oqtay Əsədov qızıl medalla təltif edilib

Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədov “Türk Akademiyasının qızıl medalı” ilə təltif olunub.

Türk.az xəbər verir ki, O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransında iştirak etmək üçün Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində səfərdədir.

Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyasında keçirilmiş tədbirdə O.Əsədov Naxçıvan müqaviləsinin 10 illiyi münasibətilə “Türk Akademiyasının qızıl medalı” ilə təltif edilmişdir. Mərasimdə Milli Məclisin Sədri çıxış edərək təltiflə əlaqədar öz ürək sözlərini bölüşüb.

Sentyabrın 24-də Avrasiya Ölkələri Parlament Sədrlərinin IV konfransının açılış mərasimindən sonra konfrans işə başlayacaq.