“Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac olacaq

Dekabrın 9-da “Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildirilib ki, faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların sayı 2500 ədəd, nominal dəyəri min manat, illik faiz dərəcəsi 12 faiz, tədavül müddəti 18 ay, ticarətə buraxılma tarixi dekabrın 9-dur. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.