Ömər Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Ö.H.Eldarovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Trend xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.