Ölkədə neftin emalı səkkiz ayda 3,9 milyon ton təşkil edib

Cari ilin yanvar-avqust aylarında ölkədə 21,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, neft hasilatının 13,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı isə 5,1 milyon ton təşkil edib.

Hesabat dövründə 17,6 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 16,6 milyon tona yaxını konsorsiumun, 1 milyon tonu isə SOCAR-ın payına düşür.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2022-ci il sentyabrın 1-dək 598,9 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib.

“Azəri-Çıraq-Günəşli”dən 560,2 milyon ton neft, “Şahdəniz”dən isə 38,7 milyon ton kondensat çıxarılıb. Bundan 597 milyon tonu ixraca nəql olunub.

Ölkədə neftin emalı səkkiz ayda 3,9 milyon ton təşkil edib.