Ölkədə koronavirus əleyhinə vaksin vurulanların sayı açıqlanıb

Azərbaycanda son gündə koronavirus əleyhinə 2 187 vaksin vurulub.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 448, ikinci doza vaksinlərin sayı 106 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayı 1361-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 272 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 231 təşkil edir.