Ölkədə bankomat və POS-terminalların sayı artıb

Birinci yarımildə kart infrastrukturunun inkişafında müsbət tendensiya müşahidə edilib.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, iyulun 1-nə ölkədə 2867 bankomat, 60 min 381 ədəd POS-terminal mövcud olub ki, qeyd olunan göstəricilər üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 faiz və 8,1 faiz artım müşahidə olunub. Təmassız ödənişləri qəbul edən POS-terminalların sayı ümumi POS-terminalların 52,9 faizini təşkil etdiyi halda, cari ilin müvafiq dövrünə bu göstərici 64,9 faiz olub. Ödəniş terminallarının, o cümlədən bankomatların sayında da artım müşahidə olunur. Belə ki, 2021-ci ilin I yarısının sonuna banklar tərəfindən quraşdırılmış bankomatların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq 2867, ödəniş terminallarının sayı isə 17 faiz artaraq 1978 ədəd təşkil edib.