Olimpiadada medal sayı azaldıldı

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü il Paris Yay Olimpiya Oyunlarında veriləcək medalların sayını azaldıb.

“Report”un məlumatına görə, bu barədə qurumun prezidenti Tomas Bax mətbuat konfransında bildirib.

O deyib ki, olimpiya proqramı ilə bağlı təklifləri nəzərdən keçirən IOC İcraiyyə Komitəsi 41 yenilikdən (Oyunlar və ya proqrama daxil edilməsi nəzərdə tutulan idman növləri) heç birini qəbul etməyib: “Əksinə, medalların sayı 339-dan 329-a endirilib. Beynəlxalq Olimpiya Komitəsi həmçinin bütün idman növləri nəzərə alınmaqla iştirakçıların sayını 10 500 nəfərədək məhdudlaşdırıb. Bu, Tokio olimpiadasında gözlənilən iştirakçı sayından 600 nəfər azdır”.

T.Bax Paris olimpiadasında kişi və qadın idmançıların sayının bərabər olacağını diqqətə çatdırıb. Funksioner bununla gender bərabərliyinə nail olmaq istədiklərini vurğulayıb.

ƏvvəlkiAzərbaycan və İsrail XİN başçıları telefonla danışıb
NövbətiErmənistanın təxribatları nəticəsində 100 mülki şəxs həlak olub, 416 nəfər yaralanıb