Norveç Ukraynaya tank tədarük edəcək

Norveç Ukraynaya tank tədarük edəcək.

“Report” xəbər verir ki, bu barədə Norveçin müdafiə naziri Byorn Arild Qram deyib.

Lakin nazir ağır silahların sayı barədə məlumat verməyib.

“İndi tanklar çox populyarlaşıb. Hökumət Ukraynaya tankların bağışlanmasını dəstəkləyir. Norveç də bu işə qarışmalıdır”, – nazir bildirib.

O, həmçinin Ukrayna əsgərlərinə təlim keçəcəyini və ölkəyə maliyyə göndərəcəyini vəd edib.

Qeyd edək ki, ABŞ-da Ukraynaya 31 “Abrams” tankının tədarük ediləcəyini açıqlayıb.