Nizami rayonunda mənzildə yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağında ev əşyaları 20 m² sahədə yanıb, yüksək temperaturdan tavan 20 m² sahədə qismən qarsalanıb.

Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyindən (FHN ) bildirilib.

Məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.