Nikol Paşinyan ABŞ rəhbərliyindən narazıdır

“Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”.

Türk.az “Aysor”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan “Nezavisimaya qazeta”nın icmalçısı Yuri Simonyanın “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibtələri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına cavab olaraq deyib.

N.Paşinyanın sözlərinə görə, Ermənistan regional və beynəlxalq münasibətlərdən əlahiddə şəkildə mövcud ola bilməz.