Nikol Paşinyan: “Əvvəlki iqtidar Milli Təhlükəsizlik Xidməti arxivinin bir hissəsini məhv edib”

“Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) məxsus bəzi sənədlər əvvəlki iqtidar təmsilçiləri tərəfindən “məxməri inqilab” ərəfəsində məhv edilib”.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazirNikol Paşinyan mətbuat konfransında bildirib.

O deyib ki, bu məsələyə dair neçə aydır xidməti təhqiqatlar aparılır: “Məhz hansı sənədlərin məhv olunduğu, orada əvvəlki iqtidarı çəkindirən məqamların nədən ibarət olduğu hələlik bəlli deyil”.

Sənədləri məhv etməyin cinayət olduğunu söyləyən N.Paşinyan MTX-nın şəffaf fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb.