“Neftçi”nin Avropa Liqasında potensial rəqibləri müəyyənləşib

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, “Neftçi” üçüncü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubunu keçəcəyi təqdirdə “Malmö” (isveç) – “Zrinski” (Bosniya və Herseqovina) cütünün qalibi ilə qarşılaşacaq. İlk görüş səfərdə baş tutacaq.

Eyni zamanda, “Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL səddini keçə bilməsə, mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək. Bu təqdirdə ağdamlıların rəqibi “Sutyeska” (Monteneqro) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi olacaq. İlk görüş səfərdə baş tutacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri 22 avqust, cavab görüşləri 29 avqust tarixlərində keçiriləcək.

ƏvvəlkiRusiyada hərbi hissədə partlayış olub
NövbətiCəbrayıl rayon Məcburi Köçkün Qəsəbələrində “Məişət zorakılığına qarşı məcburi köçkün qəsəbələrində tədbirlərin təşkili” layihəsinin icrasına start verildi