Neftçalada üç gənc dənizdə boğuldu

Hadisə bu gün günorta saatlarında rayonun Həsənabad qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakinləri – 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu, 1990-cı il təvəllüdlü Babayev Fərid Namiq oğlu və 1992-ci il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlu Xəzər dənizində çimərkən batıblar.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda həmin şəxslərin tapılması istiqamətində axtarışlar davam edir.