Neftçalada 3 milyon manat kapitalla balıqçılıq müəssisəsi yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Xıllı Balıq” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Neftçala rayonu, Xıllı qəsəbəsi, nizamnamə kapitalı 3 102 007 manat, qanuni təmsilçisi isə Elşad Kənan oğlu Əhmədovdur.