Nazirlik: Oğuzda dağlıq ərazilərdə baş verən yanğın məhdudlaşdırılıb

Oğuz rayonunda mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən məhdudlaşdırılıb.

Bu barədə “Report”a nazirlikdən məlumat verilib.

Yanğının tam söndürülməsi (tüstülənmə ocaqlarının söndürülməsi) istiqamətində təxirəsalınmaz işlər aparılır.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiAtəşkəs rejimi 23 dəfə pozulub
NövbətiMDB hökumət başçılarının qarşıdakı görüşünün gündəliyi açıqlanıb