Naxçıvanda daha bir sabiq nazir həbs edilib

Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.

Trend-in əldə etdiyi məlumata görə, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.

Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov da həbs edilib.