NATO-nun baş katibi: “Müttəfiqimiz Türkiyə ilə həmrəyik”

NATO müttəfiqi Türkiyə ilə həmrəydir.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq tviter hesabında yazıb.

O, İstanbulda baş verən terror aktının görüntülərindən şoka düşdüyünü qeyd edib. “Bütün zərərçəkənlərə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm. NATO müttəfiqi Türkiyə ilə həmrəydir”, – Stoltenberq sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, bu gün Türkiyədə törədilən terror aktında 81 nəfər xəsarət alıb, 6 nəfər ölüb.