NATO nümayəndə heyəti ilə görüş keçirilib

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.

ƏvvəlkiTrans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
NövbətiUraldakı Azərbaycan diasporu rəhbərinin oğlu saxlanılıb