Nardaran sakinindən tüfəng götürülüb

Nardaran qəsəbə sakinində tüfəng aşkarlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini A.Əzimzadədən “Çifsan” markalı tüfəng aşkar edilərək götürülüb.

ƏvvəlkiAzərbaycan Prezidenti Avstriyanın Nəqliyyat, İnnovasiya və Texnologiya nazirini qəbul edib
Növbəti“Aşıqlar” kafesində qətl törədənlərə hökm oxunub