Naqif Həmzəyev “Yeni tv”nin efirində dövlət və vətəndaş vəhdətindən danışdı

“Dövlət və vətəndaş vəhdəti istənilən nəticəni əldə etməyə imkan verdi” – Naqif Həmzəyev “Koronovirus pademiyasının höküm sürdüyü bir zamanda dövlət əhalinin kəskin virusdan qorunması üçün lazım olan zəruri tədbirləri həyata keçirir”.

Bu fikirləri “Yeni tv” nin efirində Milli Məclisin deputat Naqif Həmzəyev deyib. N. Həmzəyev qeyd edib ki, dünyada pandemiya elan olunduqdan sonra, Azərbaycan dövləti tərəfindən məsələyə çox ciddi yanaşıldı: “Proseslər yaxından və əraflı şəkildə öyrənildikdən sonra, Azərbaycan höküməti tərəfindən sistemli tədbirlər həyata keçirilməyə başlandı. Çox sevindirici haldır ki, digər ölkələrlə müqayisədə Azərbaycan ən az zərərlə prosesi arxada qoymağa nail olub”.

Millət vəkili vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin insan amilini üstün tutması, dövlətin hər zaman vətəndaşının yanında olmasının bariz nümunəsdir: “Son günlər statistikaya diqqət yetirsək, ümumilkdə sağalanları sayının yoluxanların sayından çox olması bizə onu deməyə imkan verir ki, proses nəzarət altında saxlanılır, dövlətimiz tərəfindən bu istiqamətdə lazım olan bütün zəruri işlər davam etdirilir”.