Naqif Həmzəyev: Münhen debatı Ermənistanın açizliyinin nümayişi oldu

Fevralın 15-də ilk dəfə olaraq Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıq şəkildə panel müzakirəsi keçirildi.

Bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. 

Millət vəkili qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Qarabağın tarixi tarixi ilə bağlı əsaslı faktlara istinadən çıxışı, haqlı mövqeyi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiyiyyəti, siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə bu panel müzakirələrinə fokuslaşan dünya siyasətçilərini, mətbu orqanlarının diqqətini bir daha Dağlıq Qarabağ probleminə çəlb etməyi bacardı. Dünya mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri ilə bağlı materiallar dərc etdi, Ermənistanın baş nazirinin çox gülünc vəziyyətə düşdüyündən yazdı. 

Tutarlı cavabları ilə işğalçı ölkənin baş nazirini susduran Prezident İlham Əliyevin bütün dünyanın gözü qarşısında qətiyyətli mövqeyi və duruşu hər bir Vətənini, el-obasının sevən Azərbaycanlını qürurlandırdı. Prezident İlham Əliyev dünyanın gözü qarşısında, təkzibolunmaz faktlarla Paşinyanı ittiham edərək sübut etdi ki, Dağlıq Qarabağ əzəli, əbədi Azərbaycan torpaqlarıdır, işğalçı dövlət tərəfindən zəbt edilib. Dünya bir daha əmin oldu ki, ermənilər bizim xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədiblər, məscidlərimizi, məzarlarımızı dağıdıblar, şəhərlərimizin adlarını dəyişdiriblər, mədəni irsimizi məhv ediblər. 

Paşinyanın ittihamlara məntiqsiz, cəfəngiyatla, yalanla dolu çavabları dünya içtimaiyyətinin gözündən qaçmadı. Ermənistanın hökumət başçısının tarixdən xəbəri olmaması, Xocalı soyqırımında mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə Azərbaycanı günahlandırmağa çalışması Paşinyanı gülünc vəziyyətə saldı. Prezident İlham Əliyevin Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu düzgün şəkildə ortaya qoyması Azərbaycanın haqlı olduğunun nümayişi oldu. 

Hər iki ölkə rəhbərlərinin debatı sayəsində dünya siyasətçiləri, içtimaiyyəti Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin də, dünya görüşünün də Paşinyandan qat-qat üstün olduğunu göstərdi. Bu müşakirələr Ermənistanın daxilində və xaricində Paşinyanın sərt tənqid olunmasına səbəb oldu, işğalçı ölkənin ictimai-siyasi gərginliyi daha da dərinləşdirdi. 

15 fevral panel müzakirəsi Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan hökumət başçısını və onun ölkəsini işğalçılıqda terrorçuluqda ittiham etməsi tarixi gerçəkliyi əks etdirdi. Bu debat həmçinin ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm siyasi hadisə kimi tarixə yazıldı. 

Artıq BMT və ATƏT-in Minsk Qrupu regionda sülh, sabitlik və tərəqqi, xalqların və millətlərin dinc, dostluq şəraitində yaşamağını doğrudan da istəyirsə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli naminə işğalçı tərəfə təsir göstərməlidirlər. Tezliklə Azərbaycan torpaqları işğaldan azad edilməli, qaçqın və məcburi köçkün azərbaycanlılar yurdlarına dönməli, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. 

Münhen debatı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna daha bir mesaj oldu.