Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb

Naftalanda piyadanı maşınla vurub qaçan sürücü tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2107” markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ƏvvəlkiMinsk qrupunun həmsədrləri Dağlıq Qarabağa gəliblər
NövbətiHacı İbrahim Nehrəmlinin qardaşının cinayət işi üzrə məhkəmə prosesi keçirilib