Müharibə veteranlarına daha bir neçə güzəşt müəyyənləşdirilib

Əmək Məcəlləsinə hazırlanan dəyişiklik layihəsinə əsasən, müharibə veteranlarına bir neçə güzəşt müəyyən edilib.

Trend-in məlumatına görə, bunu bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

Onun sözlərinə görə, işəgötürən ixtisar zamanı eyni peşə xüsusiyyətlərinə malik şəxslər arasında seçim etdikdə, müharibə iştirakçılarına üstünlük verməlidir.

“Həmçinin ödənişsiz məzuniyyətin verilməli olduğu hallar da müəyyən edilib. Əmək məzuniyyətindən istifadə növbəlilik prinsipi ilə olur. Lakin Əmək Məcəlləsinin 130-cu maddəsində qazilərə məzuniyyətin verilməsinin növbədənkənar olması hüququ müəyyən edilib”, – deyə o əlavə edib.