Müğənni Elton Hüseynəliyev qəzaya düşüb

Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

***
10:57

Müğənni Elton Hüseynəliyev qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu dəqiqələrdə Bibiheybət yolunda baş verib. Müğənninin maşını aşıb.

Sənətçinin həyat yoldaşı Tamilla xanım “Qafqazinfo”ya hadisəni təsdiqləyib. Bildirib ki, hazırda yoldadır, xəstəxanaya gedir:

“Özü ilə danışmışam, vəziyyəti kafidir. Ancaq qəzanın necə baş verməsi, hazırda səhhətinin tam necə olması ilə bağlı məlumatım yoxdur”.