Müdafiə Nazirliyi: “Hal-hazırda atəşkəs rejiminə riayət olunur”

Erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

“Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hal-hazırda atəşkəs rejiminə riayət olunur”-deyə, məlumatda qeyd olunub.