Müdafiə Nazirliyi hərbi qulluqçunun ölümü ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölümü ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sarızadə Elvin Azər oğlu aprelin 5-də məzuniyyətdə olarkən yanması nəticəsində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.