Müəllimlərin İKT-dən istifadə bacarıqları yoxlanılıb

Paytaxtdakı ümumtəhsil müəssisələrinin fənn müəllimləri və ibtidai sinif müəllimlərinin İKT-dən istifadə bacarıqlarının yoxlanılması üzrə qiymətləndirmə keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, qiymətləndirmədə 824 müəllim könüllü əsaslarla iştirak edib. Müəllimlər 40 dəqiqə vaxt ərzində 15 sualı cavablandırıblar.

Qiymətləndirmədə iştirak edən müəllimlər fevral ayından etibarən İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən İKT üzrə keçirilən təlimə cəlb olunacaqlar. Təlim həftədə üç dəfə olmaqla 15 gün davam edəcək.

Təlimin keçirilməsində məqsəd müəllimlərin İKT üzrə bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.