Monteneqro Ukraynaya dəstək üçün Aİ missiyasına qoşun göndərir

Monteneqro Ukraynaya dəstək üçün Avropa İttifaqı missiyası çərçivəsində qeyri-döyüş hərbi kontingenti göndərəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Monteneqro parlamenti qərar qəbul edib. Qərarı 81 yerlik parlamentdə 49 deputat dəstəkləyib, üçü bitərəf qalıb, qalan deputatların əksəriyyəti isə səsvermədə iştirak etməyib.

Qərara görə, Monteneqro ordusunun üzvləri Avropa İttifaqının Ukrayna üçün Hərbi Təlim Missiyasına (EUMAM Ukraine) qoşulacaq.

Müdafiə naziri Draqan Krapoviç deyib ki, Monteneqro qoşunları Ukrayna ərazisində yerləşdirilməyəcək, əksinə, Aİ missiyası çərçivəsində qeyri-döyüş rollarını yerinə yetirəcək.

Qeyd edək ki, EUMAM missiyası Ukrayna ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək potensialını gücləndirmək məqsədi daşıyır. Missiya çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinə Aİ ərazisində təlimlər keçirilir.

ƏvvəlkiAlmaniyanın müdafiə naziri Ukraynaya 1,9 milyard avroluq əlavə hərbi yardım vəd edib
Növbətiİstanbulda Maqsud İbrahimbəyovun türk dilində nəşr olunmuş romanının ictimaiyyətə təqdimatı edilib