“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi yeni layihənin icrası ilə bağlı qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsində çəkliş aparıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi 2022-ci il kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirdiyi “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan kəlağayısından bəhs edən “Azərbaycan kəlağayısı min illərin yadigarı” adlı sənədli flimin çəklişlərinə başlanılıb.

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyindən verilən məlumata əsasən filmin çəklişi ilə əlaqədar layihə komandası İsmayıllı rayonuna, qədim tarixi mədəniyyətə malik Basqal qəsəbəsinə yollanmışdır. Basqal Azərbaycanın kəlağayı sənətinin vətəni, milli-mədəni irsimizin beşiyidir. Çəkliş zamanı kəlağayının hazırlanma prosesi lentə alınmışdır.
Sənədli filmin çəklişləri davam edir. Layihə çərçivəsində sənədli film 01.11.2022-ci il tarixinədək izləyicilərimizə təqdim olunacaq.