Prezident İlham Əliyevin 9 aprel 2025-ci il tarixli Sərəncamına əsasən Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunmuş Anar Eminov universitetin kollektivinə təqdim edilib.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Rektoru kollektivə təqdim edən elm və təhsil nazirinin müavini İdris İsayev Anar Eminovun iş təcrübəsi və elmi fəaliyyəti barədə məlumat verib.