Millimiz Gürcüstan yığmasına məğlub olub

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “Dalğa Arena”da keçirilən qarşılaşmada gürcüstanlı yaşıdları ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub.

U-19 millimizin heyətində Vüsal Əliyev və Mahmud Ağayev fərqləniblər. Bu komandalar arasında növbəti oyun avqustun 6-da keçiriləcək.