Milli Qurtuluş Günü münasibətilə konsert proqramı təqdim edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Aşıq Rza Qobustanlı adına Mədəniyyət evi 15 İyun – Milli Qurtuluş Günü münasibətilə instaqram hesabı üzərindən canlı konsert keçirib və videoçarx yayımlayıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə “Aşıqlar” xalq kollektivinin üzvləri iştirak ediblər.

Onlayn konsert proqramında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqilər səsləndirilib.