Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adlar verilib

Prezident İlham Əliyevakademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Turk.az-ın xəbərinə görə, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar elm xadimi” – Kərimov Kərəm Təbriz oğlu

 “Əməkdar həkim” – Ağayev Misirxan Muradxan oğlu, Şamilova Faiqə Hacıbala qızı.
ƏvvəlkiAZAL Səudiyyə Ərəbistanının dörd şəhərinə uçmağı planlaşdırır
NövbətiSerj Sarkisyan istefaya gedib