Milli Məclisin yeni mətbuat katibi kollektivə təqdim olundu

Elnar Məmmədli Ceyhun Əli ilə əvəzlənib

Milli Məclisin yeni mətbuat katibi Ceyhun Əli kollektivə təqdim olunub.

Türk.az xəbər verir ki, təqdimatı Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev edib.

Qeyd edək ki, mayın 5-də parlamentin mətbuat katibi postuna AZTV-nin əməkdaşı Elnar Məmmədlinin gətirildiyi barədə məlumat yayılmışdı. Lakin son anda E.Məmmədli Ceyhun Əli ilə əvəzlənib.