Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı verib

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 14-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopa başsağlığı ünvanlayıb. Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri İraqın Kara bölgəsində 13 nəfər mülki türk vətəndaşının xain terror təşkilatı tərəfindən qətlə yetirilməsindən dərin təəssüf duyduğunu, həlak olanlara Allahdan rəhmət dilədiyini bildirib, qardaş Türkiyə dövlətinə, həyatlarını itirənlərin ailələrinə, yaxınlarına Milli Məclis adından başsağlığı ifadə edib.