Milli Məclisin plenar iclası keçirilir

Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

AZƏRTAC verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunur.

İclasda ilk olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.

Milli Məclisdə həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinini və auditorlarının təyin edilməsi haqqında məsələyə baxılacaq.